"Çelsi" yeni qapıçı axtarışına çıxıb

İngiltərənin "Çelsi" klubu yayda yeni qapıçı transfer edəcək.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" "Dortmund"un isveçrəli qapıçısı Qreqor Kobeli heyətinə qatmaq istəyir.

London klubu bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kobelin "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.