"Çelsi" “Yurqorden”i sınağa çəkəcək
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, Konferans Liqasının əsas favoriti “Çelsi” “Stemford Bric”də “Yurqorden"lə qarşılaşacaq.
İsveçdə rəqibi 4:1 hesabı ilə məğlub edən “zadəganlar” bu oyundada qələbə qazanacağı heç kimdə şübhə yaratmır.
“Çelsi”də Vesley Fofana, Kristofer Nkunku və Mark Quyi baş məşqçi Enzo Mareskanın sərəncamında olmayacaq.
Start fiti 23:00-da səslənəcək oyunu portuqaliyalı Joao Pedro Silva Pinhero idarə edəcək.