"Çelsi"də ayrılıq yaşana bilər

Enzo Mareskanın "Çelsi"nin baş məşqçisi kimi gələcəyi bu mövsümün nəticələrindən asılıdır və onun qovulma ehtimalı var.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Mareska London klubunun rəhbərliyi arasında qeyd-şərtsiz dəstək görmür. İtalyanla bir layihə qurmağın məqsədəuyğunluğu ilə bağlı fikirlər fərqlidir. 

Enzo Mareska ötən yaydan “Çelsi”ni çalışdırı. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.