"Çelsi"ni "Arsenal"a dəyişir
"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matt Lov öz "X" hesabında paylaşım edib.
23 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.
Qeyd edək ki, Madueke ötən mövsüm meydana çıxdığı 42 matçda 11 qol 5 asist müəllifi olub.