"Çelsi"nin futbolçusu 4 ay yaşıl meydanlardan uzaq qalacaq
"Çelsi"nin ingiltərəli futbolçusu Ris Ceyms bud nahiyəsindən əməliyyat olunmağa hazırlaşır.
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, Maurisyo Poçettino təcrübəli müdafiəçinin zədəsi ilə bağlı məlumat verərkən bud nahiyəsindən əməliyyat olunduğu üçün 4 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
"Çelsi" rəhbərliyi də müdafiə xətti üçün axtarışlara başlayıb.
Qeyd edək ki, Ris Ceyms "Çelsi" futbol kulubunun yetirməsidir və 2017-ci ildən komandanın şərəfini qoruyur.