Cianni İnfantino Avropa Ədalət Məhkəməsinin qərarı ilə bağlı açıqlama verib

FİFA-nın prezidenti Cianni İnfantino Avropa Ədalət Məhkəməsinin qərarı ilə bağlı danışıb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İnfantino açıqlamasında :"Məhkəmənin qərarına hörmətlə yanaşıram. Deyə biləcəyim nəsə yoxdur. Sadəcə olaraq Avropa Super Liqasının nəyisə dəyişəcəyinə inanmıram. Bu günə kimi futbol üçün əlimizdən gələni etmişik",-deyib. 

Qeyd edək ki, Cianni İnfantino əlavə olaraq Çempiyonlar Liqası və digər liqaları davam etdirəcəklərini bildirib.