Cim Retkliff azarkeşlərdən səbrli olmalarını istəyib
"Mançetser Yunayted" klubunun səhmlərinin 25%-ni 1,5 milyard avroya əldə edən Cim Retkliff azarkeşlərə səslənib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli iş adamı komandada yenidənqurma işlərini aparacağını və çempionluq üçün nə lazımdırsa edəcəyini bildirib.
Cim Retkliff açıqlamasında: "Bütün azarkeşlərdən xahiş edirəm ki, səbrli olsunlar. Qısa müddət ərzində bu komanda əvvəlkindən daha yaxşı hala gələcək", - deyib.
Qeyd edək ki, Cim Retkliff daha öncə "Old Trafford" stadionunun sökülməsini tələb etmişdi.