Con Stounz evinə qayıdır
"Mançester Siti"nin ingiltərəli futbolçusu Con Stounz karyerasını "Everton"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "TBR Football" nəşri məlumat yayıb.
30 yaşlı stoperin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, Stounzun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 3 qol 2 asistlə yadda qalıb.
Xatırladaq ki, Stounz 2013-2016-cı illər ərzində "Eveton"da çıxış edib.