Cüdoçularımızın qarşılanma mərasimi keçirilib

Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran cüdo komandamız Vətənə qayıdıb. SportLine.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmansevərlər, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Cüdo azarkeşləri idmançıları “Cəngi” sədaları altında, bayraqlarla, idmançıların şəkilləri olan plakatlar və şüarlarla salamlayıblar.

Xatırladaq ki, cüdo komandamız Rio-2016 Olimpiadasında iki gümüş medal qazanıb. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) fəxri kürsüyə qalxıb.