Daha bir iranlı futbolçu "Sumqayıt"da
"Sumqayıt" qış fasiləsində heyətə daha bir futbolçu cəlb edir.
Sportline.az "Persianfootball" nəşrinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İranın "Paykan" klubu ilə yollarını ayıran Höccət Haqverdi ilə anlaşıb.
28 yaşlı müdafiəçinin tezliklə "Sumqayıt"a qoşulaşacağı gözlənilir.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb. Komandada İrandan gətirilən Adəm Hətami və Əli Qurbani də çıxış edir. Qurbani milliləşdirilərək Azərbaycan yığmasına cəlb edilib.