Daiçi Kamada Türkiyə klublarının təklifini cavablandırıb

Yaponiyalı futbolçu Daiçi Kamada Türkiyə klublarının təklifini geri çevirib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Latsio" klubundan çıxış edən futbolçu açıqlamasında :"Daha öncədə demişdim ki, Türkiyə klublarında oynamaq istəmirəm. Orada oynamaq ən son düşündüyüm şey olacaq",-deyib.

Qeyd edək ki, Daiçi Kamada bu mövsüm "Latsio" formasıyla çıxdığı 21 otunda 1 qol,1 asistlə yadda qalıb.