Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarkalı futbolçular insan haqlarının pozulmasına etiraz əlaməti olaraq Qətərdəki dünya çempionatına ailələri olmadan gedəcəklər.

Sportline.az "Ekstra Bladet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının (DBU) meneceri Yakob Hoyer açıqlama verib.

DBU rəsmisi Qətərin qazanc əldə etməsinə töhfə vermək istmədikləri üçün bu addımı atdıqlarını bildirib: "Bu səbəbdən turizm fəaliyyətimizi mümkün qədər azaltmaq qərarına gəldik. Əvvəllər oyunçuların həyat yoldaşları və sevgililəri bizimlə böyük turnirlərə gedirdilər. Lakin bu dəfə fərqli davranmağa qərar verdik".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Danimarka millisi D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.