Danimarkalı futbolçu "Sevilya"nı tərk edib
"Sevilya" yarımmüdafiəçi Tomas Dileyni ilə yolların ayrıldığını açıqlayıb.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Dileyni ötən mövsümü "Anderlext"də keçirib.O, Belçika klubunda bütün turnirlər daxil olmaqla çıxdığı 25 oyunda 1 qol, 2 asistlə yadda qalıb.
Dileyni 2024-cü il Avropa Çempionatında 3 oyunda Danimarka millisinin heyətində meydana çıxıb.
Qeyd edək ki, futbolçu daha əvvəl "Kopenhagen", "Borussiya" Dortmund və "Hoffenhaym" klubunda çıxış edib.