DÇ-2022: Açılış oyununun hakimi bilindi

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyununun hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, A qrupunun Qətər - Ekvador matçı italiyalı Daniele Orsatoya həvalə olunub.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.