DÇ-2022: Braziliya yığması Peruya qalib gəlib

Futbol üzrə dünya çempionatına seçmə mərhələsinin 10-cu turunda Braziliya yığması öz meydanında Peru komandasına 2:0 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, meydan sahiblərinin heyətində ilk qolu 14-cü dəqiqədə Everton Ribeyro vurub, 40-cı dəqiqədə isə Neymar ikinci qola imza atıb.

Braziliyalılar növbəti matçı səfərdə Venesuela yığmasına qarşı keçirəcək, Peru isə Çili ilə oynayacaq. Hər iki görüş oktyabrın 7-də keçiriləcək.

Braziliya yığması seçmə yarışın səkkiz matçında səkkizinci qələbəsini qazanıb. Komanda 24 xalla yarış cədvəlinə başçılıq edir. Siyahıda Argentina seçməsi 18 xalla ikinci yerdə qərarlaşıb. Yarış cədvəlində üçüncü sırada uruqvaylılar (15), dördüncü sırada ekvadorlular (13), beşinci sırada kolumbiyalılar (13) yer tutub. Turnirin ən yaxşı dörd komandası dünya çempionatının finalına çıxacaq.