DÇ-2022-də təhlükəsizliyi türk polisi qoruyacaq
DÇ-2022 zamanı təhlükəsizliyin qorunması məqsədi ilə Türkiyə Qətərə 3250 asayiş keşikçisi və xüsusi təyinatlı göndərəcək.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda daxili işlər naziri Süleyman Soylu açıqlama ilə çıxış edib.
Nazir bildirib ki, 3000 çevik qüvvə, 100 xüsusi təyinatlı, 50 bomba axtarış iti və təlimçisi, 30 polis iti və təlimçisi, 50 bomba mütəxəssisi və digər koordinator heyəti iş başında olacaq: "2022-ci ilin noyabr və dekabr aylarında keçiriləcək Dünya Kuboku üçün Qətərdə cəmi 3250 personal 45 gün müddətində müvəqqəti olaraq çalışacaq. Dünyanın hər yerindən gələcək bir milyondan çox azarkeşin iştirak edəcəyi gözlənilən bu tədbirdə personalımız təhlükəsizliyi təmin edəcək”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.