DÇ-2022: Fransa millisinin heyətində növbəti dəfə dəyişiklik olub
Fransa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətində dəyişiklik edilib.
Sportline.az RMC Sport-a istinadən xəbər verir ki, Almaniya "Leyptsiq"indən yığma çağırılmış Kristofer Nkunku zədələndiyi üçün siyahıdan çıxarılıb.
Onu "Ayntraxt"dan Randal Kolo Muani əvəzləyib.
Daha əvvəl Fransa seçməsində zədəli Presnel Kimpembenin yerinə Aksel Disasi cəlb olunub.
Qeyd edək ki, Fransa yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Danimarka, Avstraliya və Tunis ilə birlikdə D qrupunda mübarizə aparacaq.