DÇ-2022-nin seçmə oyunu hərbi çevrilişə görə təxirə salınıb

2022-ci il dünya çempionatının Qvineya və Mərakeş milliləri arasındakı seçmə oyunu təxirə salınıb.

Sportline.az Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi Qvineyadakı hazırkı siyasi və təhlükəsizlik sarıdan vəziyyətin qeyri-sabitliyi göstərilib.

Bütün oyunçuların təhlükəsizliyini təmin etmək və matçın rəsmi şəxslərini qorumaqdan ötrü FIFA və CAF sentyabrın 6-da Konakridə keçirilməli olan qarşılaşmanı təxirə salmağa qərar verib.

Qeyd edək ki, Qvineyada hərbi çevriliş baş verib. Silahlı qrup ölkə prezidentini girov götürüb, konstitusiyanın fəaliyyətini dayandırıb və bir həftə ərzində ölkəyə bütün giriş-çıxışları dayandırıb.