DÇ-2022-nin təqvimində dəyişiklik

FİFA DÇ-2022-nin təqvimində dəyişiklik edib.

Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Turnirin açılış oyunu ev sahibi Qətərlə Ekvador arasında olmayacaq. İlk görüşdə Seneqal Niderlandla üz-üzə gələcək. Görüş noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qətər - Ekvador qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-a təxirə salınıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.