DÇ 2022: Portuqaliya və İrlandiyadan darmadağın, Ukrayna və İngiltərə xal itirib
2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulub.
Sportline.az xəbər verir ki, qarşılaşmaların ardından bir neçə yığma qruplardakı mövqelərini daha da yaxşılaşdırıb.
A qrupunda Portuqaliya millisi Lüksemburqu, Serbiya isə Azərbaycanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qalib gələrək, ən azı pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup qalibi kimi birbaşa vəsiqənin taleyi son 2 turda həll olunacaq.
B qrupunda Gürcüstan yığması ilk qələbəsini səfərdə Kosovo üzərində qazanıb. Yunanıstan isə İsveçə uduzub. Nəticədə İsveç İspaniyanı keçərək, qrup lideri olub.
C qrupunda son Avropa çempionu İtaliya meydana çıxmadan ilk iki sıradan birini rəsmiləşdirib. Pley-offa digər vəsiqəni İsveçrə səfərdə Litvanı darmadağın edərək, qazanıb.
D qrupunda Qazaxıstan evdə Finlandiyaya uduzub, Ukrayna isə Bosniya və Herseqovina üzərində qələbəni əldən verib.
F qrupunda Danimka Avstriyanı minimal hesabla məğlub edərək, dünya çempionatına birbaşa vəsiqəni vaxtından əvvəl təmin edib. Şotlandiya səfərdə Farer adalarını, İsrail isə evdə Moldovanı yenərək, pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirib.
I qrupunda İngiltərə Macarıstanla heç-heçə edib, Albaniya isə Polşaya uduzub. Nəticədə İngiltərə liderliyini davam etdirdiyi halda, Polşa ikinci pilləyə yüksəlib "Cırtdanlar"ın mübarizəsində Andorra San Marinonu darmadağın edərək, xalını 6-ya çatdırıb.
DÇ-2022, seçmə mərhələ
VIII tur
12 oktyabr
A qrupu
22:45. Portuqaliya - Lüksemburq - 5:0
Qollar: Kriştianu Ronaldu, 8; 13 (hər ikisi pen.); 87. Brunu Fernandeş, 18. Joao Palinya, 69
22:45. Serbiya - Azərbaycan - 3:1
Qol: Duşan Vlaxoviç, 30 (pen.); 53. Duşan Tadiç, 83 (pen.) - Emin Mahmudov, 45+2
Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7)
B qrupu
22:45. Kosovo - Gürcüstan - 1:2
Qollar: Vedat Muriç, 45 (pen.) - Tornike Okriaşvili, 11. Zuriko Davitaşvili, 82
22:45. İsveç - Yunanıstan - 2:0
Qol: Emil Forsberq, 59 (pen.). Aleksander İsak, 69
Xal durumu: İsveç - 15 (6), İspaniya - 13 (6 oyuna), Yunanıstan - 9 (6), Gürcüstan - 4 (7), Kosovo - 4 (7)
C qrupu
22:45. Litva - İsveçrə - 0:4
Qollar: Bril Embolo, 31; 45. Renato Şteffen, 42. Mario Qavranoviç, 90+4
22:45. Bolqarıstan - Şimali İrlandiya - 2:1
Qollar: Todor Nedelev, 53; 63 - Konor Vaşinqton, 45
Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 14 (6), Bolqarıstan - 8 (7), Şimali İrlandiya - 5 (6), Litva - 3 (7)
D qrupu
18:00. Qazaxıstan - Finlandiya - 0:2
Qollar: Teemu Pukki, 45; 48
22:45. Ukrayna - Bosniya və Herseqovina - 1:1
Qollar: Andrey Yarmolenko, 15 - Anel Ahmedhociç, 77
Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 8 (6), Bosniya və Herseqovina - 7 (6), Qazaxıstan - 3 (7)
F qrupu
22:45. Farer adaları - Şotlandiya - 0:1
Qol: Lindon Dayks, 86
22:45. Danimarka - Avstriya - 1:0
Qol: Yoakim Mele, 53
22:45. İsrail - Moldova - 2:1
Qollar: Eran Zahavi, 28. Munas Dabbur, 49 - İon Nikolaesku, 90+4
Xal durumu: Danimarka - 24, Şotlandiya - 17, İsrail - 13, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1
I qrupu
22:45. San Marino - Andorra - 0:3
Qollar: Mark Pujol, 10. Serji Moreno, 55. Rikard Fernandes, 89
22:45. İngiltərə - Macarıstan - 1:1
Qollar: Con Stounz, 37 - Roland Şallai, 24 (pen.)
22:45. Albaniya - Polşa - 0:1
Qol: Karol Şviderski, 77
Xal durumu: İngiltərə - 20, Polşa - 17, Albaniya - 15, Macarıstan - 11, Andorra - 6, San Marino - 0.