DÇ-2022: Püşkatmadan əvvəl səbətlərin tərkibi bəlli olub
2022-ci il dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.
Sportline.az xəbər verir ki, ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.
I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya
II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.
Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlum olub. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.
Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.