DÇ-2022: Seçmə mərhələ oyunları neytral meydanda olacaq

Futbol üzrə Avstraliya və İraq milli komandaları 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarında rəqiblərini neytral meydanda qəbul edəcəklər.

Sportline.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya seçməsi koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən ciddi məhdudiyyətlər ucbatından oyunlara ev sahibliyi edə bilmir.

Komanda Omanı Qətərin paytaxtı Dohada qəbul edəcək. İraqın Livanla görüşü də təhlükəsizlik səbəbindən elə bu şəhərdə olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma oktyabrın 7-də gerçəkləşəcək. Daha əvvəl sentyabrın 7-də İraq - İran görüşü də təhlükəsizliyə görə Dohada baş tutub.