DÇ-2022: Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaq
Bu gün Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq.
A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edəcək. Qrupun digər matçında Serbiya İrlandiyanın qonağı olacaq. Lüksemburq seçməsi ilə yoldaşlıq görüşdə Qətərlə qarşılaşacaq.
Son dünya çempionu Fransa Finlandiyanı sınağa çəkəcək. D qrupunda Bosniya və Herseqovina - Qazaxıstan oyunu da keçiriləcək.
G qrupunda mübarizə aparan Türkiyə seçməsi Niderlandla üz-üzə gələcək. Bu qrupda Norveç Cəbəllütariqlə, Monteneqro isə Latviya ilə qarşılaşacaq.
DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr
A qrupu
20:00. Azərbaycan - Portuqaliya
22:45. İrlandiya - Serbiya
Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1
D qrupu
22:45. Bosniya və Herseqovina - Qazaxıstan
22:45. Fransa - Finlandiya
Xal durumu: Fransa - 9 (5 oyuna), Finlandiya - 5 (3), Ukrayna - 5 (5), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (4)
F qrupu
22:45. Danimarka - İsrail
22:45. Avstriya - Şotlandiya
22:45. Farer adaları - Moldova
Xal durumu: Danimarka - 15, İsrail - 10, Şotlandiya - 8, Avstriya - 7, Farer adaları - 1, Moldova - 1
G qrupu
22:45. Monteneqro - Latviya
22:45. Norveç - Cəbəllütariq
22:45. Niderland - Türkiyə
Xal durumu: Türkiyə - 11, Niderland - 10, Norveç - 10, Monteneqro - 7, Latviya - 4, Cəbəllütariq - 0
H qrupu
22:45. Rusiya - Malta
22:45. Slovakiya - Kipr
22:45. Xorvatiya - Sloveniya
Xal durumu: Rusiya - 10, Xorvatiya - 10, Sloveniya - 7, Slovakiya - 6, Malta - 4, Kipr - 4
Yoldaşlıq görüşü
22:45. Lüksemburq - Qətər