DÇ 2022: Türkiyə növbəti oyununa çıxır
Bu gün DÇ-2022-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçiriləcək.
D qrupunda Fransa Qazaxıstanı məğlun edəcəyi təqdirdə, mundialın final mərhələsinə vəsiqə qazanacaq.
E qrupunda Belçika Estoniyaya qalib gəlsə, final mərhələsində oynamaq hüququ qazanacaq.
G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqi, Monteneqro Niderlandı qəbul edəcək. Niderland bu turda mundiala vəsiqə qazana bilər. Bunun üçün komanda qələbə qazanmalı, Norveç isə xal itirməlidir. Türkiyə isə pley-off şanslarını davam etdirmək üçün mütləq Cəbəllütiqə qalib gəlməlidir.
13 noyabr
D qrupu
18:00. Bosniya və Herseqovina - Finlandiya
23:45. Fransa - Qazaxıstan
Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 8 (6), Bosniya və Herseqovina - 7 (6), Qazaxıstan - 3 (7)
E qrupu
23:45. Uels - Belarus
23:45. Belçika - Estoniya
Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).
G qrupu
21:00. Norveç - Latviya
21:00. Türkiyə - Cəbəllütariq
23:45. Monteneqro - Niderland
Xal durumu: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.