DÇ-2022 üçün FIFA-dan təzminat tələb olunub
"Amnesty İnternational" hüquq müdafiə təşkilatı Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA prezidenti Canni İnfantinoya məktub göndərib.
Sportline.az BBC-yə istinadən xəbər verir ki, təşkilat stadionların tikintisində çalışan əmək miqrantları üçün iş şəraitinin pozulmasına görə təzminat tələb edib.
Bu məbləğin ən azı 440 milyon ABŞ dolları olacağı bildirilib: "Bütün işçilərə kompensasiya ödənilməyənə qədər bu turnir keçirilə bilməz".
Ümumilikdə mundialla bağlı idman obyektlərinin tikintisinə 30 minədək işçi cəlb olunub. DÇ-2022-nin təşkilatçıları apreldə yarışa hazırlıqla məşğul olan 3 şirkətdə iş şəraitinin pozulduğunu etiraf edib.
Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.