DÇ-2022: Yaponiya yığmasının heyətində dəyişiklik edilib
Yaponiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətində dəyişiklik edilib.
Sportline.az Yaponiya Futbol Federasiyasnın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb oyunçulardan birinin zədələnməsidir.
Belə ki, daha əvvəl adı mundialda oynayacaq futbolçuların siyahısına salınmış müdafiəçi Yuta Nakayamanın dabanındakı zədə səbəbindən turniri buraxacağı dəqiqləşib.
Baş məşqçi Moriyasu Hadzime İngiltərənin “Haddersfild Toun” klubunun oyunçusunun əvəzinə hücumçu Şuto Maşinonu (“Şonan Belmar”, Yaponiya) milliyə dəvət edib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Yaponiya İspaniya, Kosta-Rika və Almaniya ilə birlikdə E qrupunda mübarizə aparacaq.