DÇ-2022-yə 31-ci vəsiqənin sahibi müəyyənləşib
Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, sayca 31-ci iştirakçı komanda adını Avstraliya yığması qazanıb. Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Perunu üstələyib. Görüşün əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib.
11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Avstraliya millisi DÇ-2022-də Fransa, Danimarka və Tunislə birlikdə D qrupuna düşüb.
Mundiala son vəsiqənin taleyi bu gün Kosta Rika - Yeni Zelandiya görüşündən sonra müəyyənləşəcək.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq.