"DÇ son şansdır"

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Qətərdə keçiriləcək DÇ-2022 haqda danışıb.

Sportline.az “Daily Mail”ə istinadən xəbər verir ki, fransalı mütəxəssis DÇ-2022-ni bəzi futbolçular üçün sonuncu dünya çempionatı adlandırıb:

“Düşünürəm ki, son 10-15 ildə istedadlarını nümayiş etdirən bəzi böyük oyunçular üçün DÇ-2022 sonuncu turnir ola bilər. İzləmək maraqlı olacaq. Lionel Messi, Kriştiano Ronaldo, Neymar dünyanın ən yaxşı oyunçularıdır. Hamısı özlərini göstərməyə çalışacaqlar. Çünki onlar üçün son şansdır”.

Qeyd edək ki, bu gün start götürəcək DÇ-2022 dekabrın 18-nə qədər davam edəcək.