De Brüyne İngiltərə çempionuna transfer ola bilər
"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılacağı rəsmləşib.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Liverpul" De Brüyneni heyətinə qatmaq üçün hərəkətə keçib.
33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir.
Qeyd edək ki, De Brüyne uşaqlıq illərində "Liverpul" azarkeşi olub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 6 qol 8 asistlə yadda qalıb.