De Brüyne London klubuna transfer ola bilər
"Mançester Siti"nin belçikalı ulduz futbolçusu Kevin De Brüyne mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" De Brüyneni azad agent kimi heyətinə qatmağı planlaşdırır.
33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti"dən ayrılacağı dəqiqləşib.
Qeyd edək ki, De Brüyne 2012-2014-cü illər ərzində "Çelsi"də çıxış edib.
O bu mövsüm çıxış etdiyi 35 matçda 5 qol 8 asistlə yadda qalıb.