De Brüynenin yeni klubu bəlli olub

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılacağı rəsmləşib.

Sportline.az jurnalist Şamon Hafezin məlumatına istinadən xəbər verir ki, De Brüyne MLS-in "Çikaqo Fayr" klubuna transfer olacaq.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Qeyd edək ki, "Gent", "Genk", "Çelsi", "Verder Bremen" və "Volsburq" kimi klubların şərəfini qoruyub.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 27 milyon avro olaraq qiymətləndirilir.

De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 6 qol 8 məhsuldar ötürmə müəllifi olub.