Dembele tarixi uğura imza ata bilər

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele futbol tarixində misli görünməmiş uğura imza ata bilər.

Sportline.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, Dembele UEFA Çempionlar Liqasını, Dünya kubokunu və “Qızıl top” mükafatını iki dəfə qazanan ilk futbolçu olmaq şansını qoruyur. Hazırda fransız futbolçunun aktivində iki UEFA Çempionlar Liqası titulu, bir Dünya kuboku və bir “Qızıl top” mükafatı var.

Əgər o, karyerasında daha bir Dünya Kuboku və “Qızıl top” qazansa, futbolun ən nüfuzlu üç titulunu iki dəfə əldə edən ilk oyunçu kimi tarixə düşəcək.

Dembele son illərdə həm klub, həm də milli komanda səviyyəsində nümayiş etdirdiyi performansla dünyanın ən uğurlu futbolçuları sırasında yer almağa davam edir.

Banner