Depay "Atletiko"nu tərk edir

Memfis Depay mövsümün sonunda "Atletiko"dan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə madridlilər futbolçu ilə daha bir mövsüm uzadılması nəzərdə tutulan müqavilənin bu bəndindən yararlanmayacaqlar.

Qeyd edək ki, 30 yaşlı hücumçu "Atletiko" forması ilə çıxdığı 31 oyunda 9 qol, 2 asist müəllifidir.

Transfermarkt portalında onun dəyəri 12 milyon avro göstərilir.