Derbidə qalib gələn “Fənərbağça” oldu

Türkiyə Basketbol Liqasında 25-ci turdan təxirə salınan oyunda “Fənərbağça Beko” “Beşiktaş Emlakjet” ilə üz üzə gəlib.

Sportline.az xəbər verir ki, görüş sarı-lacivərtlilərin 87-66 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçın ən məhsuldar oyunçusu 18 xal, 3 asistlə Skoti Vilbekin olub.

Xallarının sayını 49-a yüksəldən “Fənərbağça” ikinci pillədəki yerini qoruyub.Üçüncü sıradakı “Beşiktaş”ın 46 xalı var.