“Dortmund” Bellingem transferində sona yaxınlaşır

"Borussiya Dortmund" "Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingemi heyətinə qatmağa yaxındır.

Sportline.az "Sky Sports De" nəşrinə istinadən xəbər verir ki, Bellingem üçün "Sanderlend" klubu 25 milyon avro tələb edir.

"Dortmund" tərəfi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi ötən mövsüm çıxış etdiyi 43 matçda 4 qol 3 asistlə yadda qalıb.