"Dortmund" "Çelsi"dən 50 milyon avro tələb edir
"Borussiya Dortmund" ingiltərəli futbolçusu Ceymi Gittens üçün "Çelsi"dən 50 milyon avro tələb edir.
Sportline.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
20 yaşlı sol cinah vingerinin Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Gittens bu mövsüm meydana çıxdığı 49 matçda 12 qol 5 asistlə yadda qalıb.