Dramatik məğlubiyyətdən sonra diz çöküb hönkür-hönkür ağladı
Əlcəzair millisi dramatik şəkildə DÇ-2022-nin final mərhələsindən kənarda qalıb.
Sportline.az xəbər verir ki, Əlcazair təkrar pley-off görüşündə dünən Kamerunu qəbul edib. İlk matçda 0:1 hesabı ilə uduzan Kamerun cavab qarşılaşmasının 22-ci dəqiqəsində hesabı açıb. Əlavə vaxtda, 118-ci dəqiqə isə meydan sahibləri hesabı bərabərləşdirib və qalib olmağa yaxın olub. Amma əlavə vaxtın da uzatma dəqiqəsində - 120+4-cü dəqiqədə Kamerun daha bir qol vurub və səfərdə 2:1 hesabı ilə qalib gələrək final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Afrikada hazırda Avropada olduğu kimi səfər qolu qaydası ləğv edilməyib.
Matçdan sonra Əlcazair milisinin baş məşqçisi Cemal Belmadi üzüntüdən hönkür-hönkür ağlayıb. Futbolçular və məşqçilər onu sakitkəşdirmək istəsələr də, 46 yaşlı məşqçi meydana diz cökərək ağlamağa davam edib.