Dünya çempionu Argentinada qalır
Argentina Futbol Assosiasiyası (AFA) millinin baş məşqçisi Lionel Skaloninin komandada qalmasını qərara alıb.
Sportline.az xəbər verir ki, qurumun prezidenti Klaudio Tapia 44 yaşlı mütəxəssislə bu barədə söhbət etdiklərini bildirib.
Tapia yığmanı 2026-cı ildə keçiriləcək dünya çempionatına da Skaloninin aparmasını istədiklərini etiraf edib: “Skalonini təyin etdiyimiz vaxt məni dəli adlandırırdılar. İnsanların 99 faizi deyirdi ki, başımız işləmir. Amma argentinalılar indi onunla fəxr edirlər. Ümid edirəm ki, Skaloni millinin baş məşqçisi olaraq qalacaq. Bizim bu barədə qərarımız qətidir”.
Qeyd edək ki, Argentina yığması Qətərdə keçirilən dünya çempionatının qalibi olub.