Dünya çempionu zorlamada günahlandırılır

Argentina millisinin üzvü Qonsalo Montel zorlamada şübhəli bilinir.

Sportline.az xəbər verir ki, ötən gün dünya çempionuna qarşı iddia irəli sürülüb. 

Bu haqda zərərçəkənin vəkili Rakel Ermida məlumat verib. 

Onun sözlərinə görə, hadisə 2019-cu ilin yanvar ayının 1-də futbolçunun evində baş verib. 

Model olduğu bildirilən mümkün zərərçəkənin Montel və dostları tərəfində zorlandığı deyilir.

Qeyd edək ki, Qonsalo Montel "Sevilya"nın formasını geyinir.

Banner