Dvalişvili ilə Omelli döyüşə hazırdır
Döyüş həvəskarlarını bu gecə daha bir maraqlı qarşılaşma gözləyir.
Sportline.az xəbər verir ki, UFC-nin hazırkı yüngülçəkili çempionu Şon Omelli ilə gürcü Merab Dvalişvili münasibətləri aydınlaşdırmaq üçün oktaqona çıxacaq.
İdmançılar artıq çəkiölçmə mərasimini də arxada qoyublar.
Omellinin hazırkı çəkisi 61,23, Dvalişvilinin çəkisi isə 60,78 kq təşkil edir.
Qeyd edək ki, amerikalı döyüşçünün də, gürcü idmançının da hesabında 17 qələbə var.