Eden Azardan pis xəbər
“Real”ın hücumçusu Eden Azar zədələnib.
Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan məlumat verib. Hadisə dünən “İnter”lə Çempionlar Liqasının matçında (3:2) baş verib. Zidan belçikalı futbolçunun ayağından güclü zərbə aldığını söyləyib.
Qeyd edək ki, ağrıları səbəbindən Azar 64-cü Juniorla əvəzlənərək meydanı tərk edib.