Ederson "Mançester Siti"dən ayrılacaq
"Mançester Siti" Edersonla yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, bu ayrılığın yay transfer dönəmində gerçəkləşəcəyi gözlənilir.
31 yaşlı braziliyalı qolkiper ötən mövsüm Səudiyyə Ərəbistanı komandalarından birinə keçməyə çox yaxın idi.
Hazırda da bu klublardan marağın davam etdiyi bildirilib.
Qeyd edək ki, Ederson cari mövsümdə "Mançester Siti"nin heyətində 33 matçda iştirak edərək 9 oyunda qapısını təmiz saxlayıb.