Edin Dzeko zədəsini sağaldıb
"Fənərbağça"nın Bosniya və Hersoqovinalı futbolçusu Edin Dzeko zədəsini sağaldıb və komandaya qatılıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli hücumçu bu gün keçirilən təlim məşq toplantısında komanda yoldaşları ilə birliktə məşq edib.
Edin Dzeko məşq sonrası media nümayəndələrinin suallarını cavabldırarkən :"Bu dərəcəli vacib oyunda komandama kömək etməyə bilməzdim. Lazım gəlsə iynəylə meydana çıxardım. İndi zədəmi sağaltmışam və oyuna tam hazıram",-deyib.
Qeyd edək ki, komandanın baş məşqçisi İsmail Kartal da Edin Dzekonun vəziyytinin yaxşı olduğunu və əsas heyətdə yer alacağını bildirib.