Əfsanəvi basketbolçunun butsu milyon yarım dollara satıldı

Əfsanəvi sabiq basketbolçu Maykl Cordanın butsları hərraca çıxarılıb.

Sportline.az xəbər verir ki, idman ayaqqabıları üçün 1,472 milyon ABŞ dolları ödənilib.

Nike butsları ABŞ-ın Las-Veqas şəhərindəki "Sotheby" auksionunda satılıb. Bu məbləğ Cordanın ayaqqabıları üçün rekord hesab edilir.

Daha əvvəl 6 qat NBA çempionunun butsu 615 min ABŞ dollarına alınıb.

Qeyd edək ki, Maykl Cordan 1,472 milyona satılan butslarla 1984-cü ildə NBA-da debüt mövsümünün beşinci oyununda meydanda olub.