Ekitike "Ayntraxt"dan ayrıla bilər

"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" Ekitikeni transfer etmək niyyətindədir.

Almaniya klubu Ekitike üçün qarşı tərəfdən ən azı 90 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı forvard ötən mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 məhsuldar ötürmə müəllifi olub.