"Əl-Hilal" "Mançester Yunayted"ə elçi düşüb
"Əl-Hilal" "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Bruno Fernandeşi heyətinə qatmaq istəyir.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Bruno Fernandeşi satmaq niyyətində deyil.
30 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Fernandeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 19 qol 18 asistlə yadda qalıb.