"Əl-Hilal" "Napoli"nin aparıcı futbolçusu ilə maraqlanır
"Napoli"nin şotlandiyalı futbolçusu Skott Maktominey "Əl-Hilal" maraq dairəsindədir.
Sportline.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Maktominey üçün təklif göndərməyi planlaşdırır.
28 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Maktominey bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 13 qol 6 məhsuldar ötürmə müəllifi olub.