"Əl-Hilal"ın futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər

"Əl-Hilal"ın serbiyalı futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını Türkiyə Süperliqasında davam etdirə bilər.

Sportline.az "Krampon Sport"a istinadən xəbər verir ki, "Fənərbağça" 30 yaşlı futbolçu üçün hərəkətə keçib.

İstanbul nəhəngi Saviçin meneceri ilə təmas halındadır. 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində çıxış etdiyi 472 matçda 107 qol 85 asist müəllifi olub.

Onun dəyəri "Transfermarkt" portalına əsasən, 17 milyon avrodur.