"El Klasiko"nun görünməyən üzü

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" - "Real" oyunundan əvvəl və sonra iğtişaş yaşanıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, görüşdən əvvəl polis Kataloniyanın müstəqilliyi üçün mübarizə aparan "Tsunami Democratic" təşkilatın bəzi üzvləri stadiona buraxılmayıb. Bundan sonra onlar dəmir hasarı sındırıb, polisə daş və şüşə tullayıb. Baş verənlərə görə 9 nəfər həbs olunub.

Matçdan sonra "Nou Kamp" yaxınlığında Kataloniyanın müstəqilliyi ilə bağlı etirazçılarla  polislər arasında iğtişaş davam edib. Nəticədə 46 nəfər yaralanıb.  Hüquq-mühafizə orqanlarının əməkdaşları  iğtişaşın qarşısını almaq rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, "El Klasiko" qolsuz bərabərliklə yekunlaşıb.