Elşən Abdulrəhimov: "Millimizə inam böyükdür"

"Millimizə inam böyükdür".

Bunu Sportline.az saytına açıqlamasında kikboks millimizin baş məşqçisi Elşən Abdulrəhimov Misirdə keçiriləcək beynəlxalq yarış barədə danışarkən deyib.

"Məşqlər tam sürətlə davam edir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirə 9 idmançı ilə qatılacağıq. Burada Misir kikboksçuları ilə qarşılaşacağıq. Bütün idmançılarımızın qələbə şansı böyükdür. İnanmaq bacarmağın yarısıdır. İnanaq ki, qələbə qazanaq".

Qeyd edək ki, turnir iyunun 11-də olacaq.